COVİD-19-a qarşı dərmanlarla bağlı DETALLAR: Qəbulu, istehsal ediləcəyi tarix, yan təsirləri...

COVİD-19-a qarşı dərmanlarla bağlı DETALLAR: Qəbulu, istehsal ediləcəyi tarix, yan təsirləri...
Son günlər koronavirus əleyhinə istehsal ediləcək dərmanlar müzakirə obyektinə çevrilib. ABŞ-ın "Pfizer” və "Merck” dərman şirkətlərinin COVİD-19-a qarşı hazırladıqları preparatlar sınaq mərhələsində olsa da, ciddi xəstəlikləri olan insanlarda ölüm riskini azaltdığı bildirilib.

Sfera.az xəbər verir ki, elm adamları hansı dərmanın daha təsirli olduğu istiqamətində artıq müzakirələrə başlayıblar. Belə ki, açıqlanan məlumatlara əsasən, "Pfizer” şirkəti daha təsirli müdafiə təminatı ortaya qoyub. Ancaq digər tərəfdən, şirkətlər dərmanlarla bağlı tam hesabatı ictimaiyyətə bildirməyiblər.

"Pfizer” ötən günlərdə istehsal etdiyi dərmanın orta və yüksək riskli insanlarda əlamətlər müşahidə ediləndən sonrakı 3 gün ərzində veriləcəyi halda, xəstənin ölüm ehtimalının 89 faiz, 5 gün içində veriləcəyi halda isə, 85 faiz azaldacağını qeyd etmişdi. "Merck” isə, oktyabrın əvvəllərində araşdırmalarla bağlı açıqlamasında, əlamətlər müşahidə ediləndən sonrakı 5 gün ərzində istehsal etdiyi dərmanın xəstəyə veriləcəyi təqdirdə, ölüm riskini 50 faiz azaldacağını bildirmişdi. Qeyd edək ki, "Pfizer” yeni həbi "Paxlovid”, "Merck” isə, "Lavgevrio” adı ilə bazara çıxarmağı planlaşdırır.

Dərmanlar niyə önəmlidir?

Dünyada COVİD-19 pandemiyasının qarşısını almaq üçün çoxlu sayda peyvənddən istifadə olunsa da, virusa yoluxmuş insanları müalicə etmək üçün dərmanlar hazırlamağı düşünən şirkətlərin sayı məhduddur. Hazırda xəstəxanaya yerləşdirilmə ehtiyacı olmayan, lakin ciddi xəstəlik riski olan insanlar venadaxili qəbul edilməli olan antikor preparatları ilə müalicə olunurlar.

Sözügedən şirkətlərin istehsal etdiyi dərmanlar isə, beş gün ərzində istifadə olunur. Belə ki, "Pfizer” tərəfindən istehsal olunan həb səhər üç və axşam üç dəfə, "Merck”in həbi isə, səhər 4  və axşam 4 dəfə olaraq qəbul edilməlidir.

COVİD-19-a qarşı istifadə olunacaq dərmanların yan təsirləri var?

"Pfizer” şirkəti dərmanı və placebo həbi (heç bir təsiri olmayan həb) qəbul edən xəstələrin təxminən 20 faizinin əsasən yüngül yan təsirlər yaşadığını bildirib. Şirkət, bu həbləri qəbul edənlərin 1,7 faizində, plasebo qəbul edənlərin isə, 6,6 faizində ciddi yan təsirlər müşahidə edildiyini əlavə edib. "Merck” şirkətinin məlumatına görə, dərman qəbul edənlərin yüzdə 12-sində və plasebo qəbul edənlərin yüzdə 11-ində yan təsirlər olub.

Bəs dərmanlar nə zaman istifadəyə veriləcək?

"Pfizer” ilin sonuna qədər 180 min, 2022-ci ildə isə 50 milyon insanın müalicəsi üçün preparatların hazırlanacağını deyib. "Merck” isə bu ilin sonuna kimi 10 milyon, gələn il isə 20 milyon insanın müalicəsini əhatə edə biləcəyi qənaətindədir.

Günay Rəsulqızı

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Omicron" Azərbaycana gəlsə, nə baş verəcək? - AÇIQLAMA

"Hazırda təşvişə ehtiyac yoxdur”.   Sfera.az bildirir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib. Onun sözlərinə görə,daha əv...

Azərbaycanda daha 1 617 nəfər koronavirusa yoluxdu, 22 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1617 yeni yoluxma faktı qeydə alınıb, 1979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər v...

Dünya Tibb Assosiasiyası xəbərdarlıq etdi: “Yeni koronavirus Ebola qədər təhlükəli ola bilər”

Dünya Tibb Assosiasiyasının (WMA) rəhbəri Frank Ulrix Montqomeri koronavirusun yeni növünün təhlükəsini Ebola ilə müqayisə edib. Sfera.az "RİA Novosti”yə ...

COVİD-19-a qarşı dərmanlarla bağlı DETALLAR: Qəbulu, istehsal ediləcəyi tarix, yan təsirləri...

Son günlər koronavirus əleyhinə istehsal ediləcək dərmanlar müzakirə obyektinə çevrilib. ABŞ-ın "Pfizer” və "Merck” dərman şirkətlərinin COVİD-19-a qarşı hazırl...

Azərbaycanda "mü" ştamına yoluxma qeydə alınıb? - ÜST aydınlıq gətirdi

"Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "mü" ştamı ilə yoluxma faktı qeydə alınmayıb. "Mü" ştamının araşdırılması ilə bağlı müxtəlif genom ...

Yoluxanlarla bağlı bu günə olan statistika

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2406 yeni yoluxma faktı qeydə alınıb, 2867 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər v...