Azərbaycanda median yaşı AÇIQLANDI - Qocalma sürətlənib
Azərbaycan əhalisinin 2023-cü ilə aid olan median yaşı açıqlanıb. Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, median yaş qadınlarda 35,6-ya, kişilərdə 33,3-ə yüksəlib. Qeyd edək ki, median elə bir həddir ki, ondan yuxarı olanlarla aşağı olanların sayı eyni olur. Ölkə əhalisinin median yaşında davamlı artım müşahidə edilir. 1990-cı ildə median yaş qadınlarda 25,2, kişilərdə 22,5 idi. Müqayisə göstərir ki, son 33 il ərzində qadınlar 10,4 il, kişilər 10,8 il yaşlanıb.