​Vəkilliyə qəbul olmaq istəyənlərin nəzərinə - VİDEO

​Vəkilliyə qəbul olmaq istəyənlərin nəzərinə - VİDEO

Vəkilliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün müraciətlər yeni qaydalara uyğun olaraq yalnız elektron formada həyata keçiriləcək.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) üzvlüyünə qəbulla bağlı tələblərə cavab verən namizədlər ixtisas imtahanının test mərhələsində iştirak üçün yalnız elektron qaydada müraciət etməlidirlər.

 

Müasir imkanlar nəzərə alınmaqla, namizədlərin sənəd qəbuluna çatımlılığının artırılması məqsədilə tətbiq olunan yeni qaydalara əsasən, elektron sənəd qəbuluna 01.10.2024-cü il tarixdən start veriləcək. Müraciət üçün Kollegiyasının rəsmi internet səhifəsi vasitəsilə “Vəkilliyə qəbul” bölməsinə (//barassociation.az/candidate-login) daxil olmaqla açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid edilməlidir.

 

ARVK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunan razılığa əsasən, yaxın zamanda baş tutacaq test imtahanının tarixi ilə əlaqədar əlavə məlumat vəriləcək.

 

Onlayn qaydada müraciətlə tanış olmaq üçün videonu təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

İstanbulda yeni danışıqlar – Zelenski niyə fikirini dəyişdi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna üzrə danışıqların üçüncü raundunun İstanbulda keçirilməsi...

Ağdamdakı Qiyaslı məscidindən görüntülər - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidlə bağlı instaqram sosial şəbəkəsindəki rəsmi hesabında paylaş...

İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktubda deyilir...

Müəllimlərə şad xəbər - Güzəşt əldə edəcəklər

İyulun 16-da təhsil işçiləri üçün hazırlanmış "TəhsilPlus" kartının təqdimat mərasimi keçirlib.   "TəhsilPlus" kartının reallaşdı...

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət edib

Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarını yaxınları ziyarət edib.   Sfera.az ...

Maşınını xadimələrə yudurdan məktəb direktoru işdən çıxarıldı

Texniki işçilərə maşınını yudurdan Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb.   Sfera.az xəbər verir ...