Azərbaycanda median yaşı AÇIQLANDI - Qocalma sürətlənib

Azərbaycanda median yaşı AÇIQLANDI - Qocalma sürətlənib

Azərbaycan əhalisinin 2023-cü ilə aid olan median yaşı açıqlanıb.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, median yaş qadınlarda 35,6-ya, kişilərdə 33,3-ə yüksəlib.

 

Qeyd edək ki, median elə bir həddir ki, ondan yuxarı olanlarla aşağı olanların sayı eyni olur. Ölkə əhalisinin median yaşında davamlı artım müşahidə edilir. 1990-cı ildə median yaş qadınlarda 25,2, kişilərdə 22,5 idi.

 

Müqayisə göstərir ki, son 33 il ərzində qadınlar 10,4 il, kişilər 10,8 il yaşlanıb. Qadınlarda median yaşın yüksək olmasının səbəbi əhalinin yaşlı hissəsində qadınların sayının xeyli yüksək olması ilə bağlıdır. Azərbaycanda qadınlar kişilərə nisbətən 5-6 il çox yaşadığından yaşlı əhalinin çox hissəsini qadınlar təşkil edir. Buna görə də qadınların median yaşı kişilərə nisbətən daha yüksəkdir.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Yunus Əmrə İnstitutunun keçmiş rəhbəri həbs edildi

Türkiyədə məhkəmə Yunus Əmrə İnstitutunun keçmiş rəhbəri Şərəf Atəş haqqında həbs qətimkan tədbiri seçib.   Sfera.az xəbər verir ki, açılan cinayət i...

İstanbulda yeni danışıqlar – Zelenski niyə fikirini dəyişdi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna üzrə danışıqların üçüncü raundunun İstanbulda keçirilməsi...

Ağdamdakı Qiyaslı məscidindən görüntülər - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidlə bağlı instaqram sosial şəbəkəsindəki rəsmi hesabında paylaş...

İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktubda deyilir...

Müəllimlərə şad xəbər - Güzəşt əldə edəcəklər

İyulun 16-da təhsil işçiləri üçün hazırlanmış "TəhsilPlus" kartının təqdimat mərasimi keçirlib.   "TəhsilPlus" kartının reallaşdı...

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət edib

Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarını yaxınları ziyarət edib.   Sfera.az ...