Hacıqabulda 300-dən çox ev su içində qaldı
Hacıqabul rayonuna yağan leysan nəticəsində 300-dən çox ev su içində qalıb. Sfera.az xəbər verir ki, bu barədə Report-a Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov bildirib. Onun sözlərinə görə, yağış rayonda bir sıra fəsadlar törədib. Rayon mərkəzi də daxil olmaqla, Qızılburun, Atbulaq, Qubalı-Baloğlan, Pisaat, Nəvahi kəndləri ciddi zərər çəkib. Hacıqabulun mərkəzində elektrik verilişi dayandırılıb. Hazırda təbi fəlakətin nəticələrinin aradan qaldırılması üçün FHN-nin