Bakıdan Laçına ilk reys yola düşdü

Bakıdan Laçına ilk reys yola düşdü

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən Bakı-Laçın müntəzəm avtobus reysinin ilk sərnişinləri oktyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.

 

AYNA-dan Sfera.az-a bildirilib ki, Bakıdan Laçına reyslər hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir.

 

Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.

 

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək mümkündür.

 

Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun icazələrin olması mütləqdir.

 

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verilən müntəzəm avtobus reyslərinin təşkilində məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunmasıdır.


OXŞAR XƏBƏRLƏR

Millət vəkili Salyanda seçiciləri ilə görüşdü

Milli Məclisin deputatı Günay Ağamalının 12 oktyabr 2024-cü il ildə Salyan rayonunda seçicilərlə növbəti görüşü keçirilib.    Sfera.az xəbər ver...

Ərdoğanın ad günündə Putinə nə hədiyyə etdiyi məlum oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə doğum günü şərəfinə gözəl vaza hədiyyə edib.   Sfera.az "Report”a...

Azərbaycanın sərhəd bölgələrində TƏHLÜKƏ: Ziyanvericilər hər yerə daraşıb

Qəhvəyi mərmər bağacığı adlı böcəklər ölkəmizin bir çox yerlərində yayılaraq təhlükə mənbəyinə çevrilib. Onlar xüsusən Gürcüstanla həmsərhəd ərazilərdə yayıl...

Azərbaycanda yağış yağacaq, güclü külək əsəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında oktyabrın 14-də gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xi...

Bakıda yanğın - məktəb binası....

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 70 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 14 m² sahədə yanıb.   Fövqəladə Hallar...

Şöhrət Məmmədovun toyu olacaq - gələcək həyat yoldaşı...

Məşhur müğənni və bəstəkar Şöhrət Məmmədovun tezliklə toyu baş tutacaq.   Sfera.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə lent.az-a müğənni...