Azərbaycanda muzdlu işçilərin sayı AÇIQLANDI
Bu il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1754,9 min nəfər olub, onlardan 878,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 876,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Bu barədə Sfera.az -a Dövlət Statistika Komitəsindən bildirilib. Muzdla işləyənlərin 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2%-i təhsil, 12,8%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9%-i tikinti, 6,4%-i dövlət idarəetməsi