"Dövlətimizin gücü təbii fəlakətin yaratdığı problemləri aradan qaldıracaq" - Fəzail Ağamalı

13:36 / 14.10.2024
3367
"Əminəm ki, dövlətimizin gücü qısa zaman kəsiyində təbii fəlakətin yaratdığı problemləri aradan qaldıracaq".
Sfera.az xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
"Təbii fəlakət, aramsız və güclü leysan yağışları Hacıqabul şəhərində ciddi fəsadlar yaradıb, şəhər infrastrukturuna və soydaşlarımıza təsəvvür olunmaz ziyan vurub".
AVP sədri bildirib ki, ilk andan FHN-nin və rayon İH-nin peşəkar fəaliyyəti itkilərin genişmiqyas almasına imkan verməyib.
"Əminəm ki, dövlətimizin gücü qısa zaman kəsiyində təbii fəlakətin yaratdığı problemləri aradan qaldıracaq və şəhərin əvvəlki həyatı bərpa olunacaqdır", - Fəzail Ağamalı bildirib.