“Gəlinlə elə davranır, qızı elə minnətlə alırlar ki, sanki onu adam edirlər” - Psixoloq
Deyirlər ki, kişi anasını nə qədər çox sevib ona hörmət etsə, xanımına qarşı da bir o qədər sadiq, qayğıkeş, ehtiramlı olur. Azərbaycan cəmiyyətində bunun tamamilə əksi müşahidə olunur. Anasına bağlı olan, onun fikirləri ilə hərəkət edən, habelə müstəqil davranışları, düşüncələri olmayan kişilərin analarının, bir növ, hakimiyyəti altına düşdüyünü, elə buna görə də arvadlarına qarşı kobud, haqsız davranışları halları var. Vəziyyəti bu həddə qədər gətirib çıxaran nədir? Ana, oğul, yoxsa gəlinlər?