“Gəlinlə elə davranır, qızı elə minnətlə alırlar ki, sanki onu adam edirlər” - Psixoloq

“Gəlinlə elə davranır, qızı elə minnətlə alırlar ki, sanki onu adam edirlər” - Psixoloq

Deyirlər ki, kişi anasını nə qədər çox sevib ona hörmət etsə, xanımına qarşı da bir o qədər sadiq, qayğıkeş, ehtiramlı olur. Azərbaycan cəmiyyətində bunun tamamilə əksi müşahidə olunur. Anasına bağlı olan, onun fikirləri ilə hərəkət edən, habelə müstəqil davranışları, düşüncələri olmayan kişilərin analarının, bir növ, hakimiyyəti altına düşdüyünü, elə buna görə də arvadlarına qarşı kobud, haqsız davranışları halları var.

 

Vəziyyəti bu həddə qədər gətirib çıxaran nədir? Ana, oğul, yoxsa gəlinlər?

 

Sfera.az xəbər verir ki, psixoloq Samirə Bağırova problemin səbəbini “Yeni Sabah”a açıqlayıb:

 

“Əslində, yanlışlıq var. Kişi anasına deyil, valideyninin ailəsinə bağlıdırsa, gələcəkdə öz ailəsinə münasibətdə də məsuliyyətli davranacaq. Öz ailəsinə bağlılıq bacıya, qardaşa, ata və anaya göstərilən dəyərlərlə ölçülür. Burada ailə nə ön, nə də arxa plandadır. Hər kəs öz sərhədlərini və ailə içində öz yerini bildiyi, hər kəs üzərinə düşən vəzifə borcunu yerinə yetirdiyi üçün ciddi problem yaranmır. Bəzən sağlam düşüncəyə sahib olmayan  ailələrdə bu tarazlıq pozulur. Oğlunu özünə hədsiz bağlayan anaların qısqanclığı, oğulların öz ailələrinə münasibətdə məsuliyyətsizliyi gəlinləri narahat edir”.

 

Psixoloq qeyd edib ki, əsas problem anada görülür:

 

“Analar doğru oğul yetişdirməlidir. Oğul xanımından şikayət edəndə gəlinin tərəfini saxlamalıdır. Qadın birliyi isə ölkəmizdə problemdir. Əgər kişi xanımının sözünü anasına, ananın sözünü arvadına çatdırırsa, ananı ondan üstün tutduğunu hiss elətdirirsə, hər sözündə-söhbətində, sirrində gəlin yad biri kimi kənarlaşdırılırsa, əlbəttə, sonda evlilik böhranla üüzləşəcək. Ana oğluna qadınla, qızla münasibəti öyrətməlidir.

 

Gəlinin anasına hörmət olunanda, gəlin də öz qaynanasına hörmətlə yanaşacaq. Çünki qız almaq, oğluna  həyat yoldaşı, yaşlıların qayğılarına qalacaq gəlin, nəvələrə ana almaqdır. Əlbəttə, qıza və qız anasına hörmətlə yanaşılmalıdır ki, əvəzini də geri ala bilsin. Yoxsa ölkəmizdə gəlinlərə elə davranır,, qızı elə minnətlə alırlar ki, sanki onu adam edirlər. Hər bir qız, varlı ya kasıb, yaxşı, ya pis, öz ata evində şahzadədir. Əgər bir kişi ana ilə arvadı arasında qalırsa, deməli, sağlam kişi kimi formalaşmayıb”.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...