Yükdaşıma xidməti gücləndirilmiş iş rejiminə keçdi

Yükdaşıma xidməti gücləndirilmiş iş rejiminə keçdi

COP29 tədbirlərinə hazırlıqlar çərçivəsində yükdaşıma xidməti də gücləndirilmiş iş rejiminə keçib.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarında Sərnişindaşımlar departamentinin rəisi Azər Fərəcov deyib.

 

O bildirib ki, yükdaşımalara aid sahə, stansiya, dispetçer məntəqələri, lokomotivlərin və vaqonların istismarı depolarında müntəzəm monitorinqlər aparılır:

 

"Yük qatarlarının hərəkətinin qrafikə uyğun tənzimlənməsinə daimi nəzarət aparılır. Yükdaşımaların təhlükəsiz, vaxtında və səmərəli təşkili, yük qatarlarının reqlamentlərə uyğun istismarı üçün sahəvi əməkdaşlara əlavə təlimlər və texniki məşğələlər keçirilir.

 

Yükdaşıma və sərnişindaşıma xidmətlərinin fasiləsizliyini təmin etmək üçün infrastruktura əsaslı baxış keçirilir, profilaktik tədbirlər görülür. Dəmir yollarının müntəzəm diaqnostikası aparılır.

 

COP29 tədbirinə hazırlıqların davamı kimi dəmir yollarının ətrafı və yaxın ərazilər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə təhvil verilib.

 

Yaşıllaşdırma işləri çərçivəsində dəmir yolları ətrafında yeni ağac zolaqları salınıb".

 

"Sərnişindaşıma və yükdaşıma xidmətlərinin təkmilləşdirilməsi ilə paralel olaraq dəmiryol muzeyində də COP29 iqlim sammitinə hazırlıq üçün tədbirlər görülüb. Muzeyə 3 dildə danışan bələdçilər cəlb edilib. Xarici qonaqlar üçün məlumat əlçatanlığını təmin etmək üçün 60-a yaxın eskponat haqqında məlumatların QR kod vasitəsilə əldə edilməsi təmin edilib. Muzeyin daxili konstruksiyası yenilənib, “zaman qatarı” guşəsi hazırlanıb, həmçinin yenilənmiş kino zalda bir neçə dildə dəmir yolları haqqında sənədli filmlərin nümayişinə başlanıb.

 

“Ammendorf” model qatarından hazırlanmış “zaman qatarı“ eksponatı muzey ziyarətçilərinə fərqli səhnələr və mənzərələr boyunca virtual səfər etmək fürsəti təqdim edir", - A.Fərəcov vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

“Poz-Qazan”da oktyabrda 10 böyük uduş qazanıldı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin “Poz-Qazan” oyunları oktyabr ayında 10 böyü...

COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı

COP29 konfransına hazırlıq proseslərinin tamamlanması ərəfəsində konfrans iştirakçıları üçün məlumat dəstəyinin təmin edilməsi məqsədilə COP29 Çağrı Mərkəzi fəa...

İqtidar 58 il sonra dəyişdi - Afrika ölkəsində gözlənilməz hadisə

Cənubi Afrikanın almazla zəngin ölkəsi olan Botsvanada çərşənbə günü keçirilən ümumi seçkilərdən gözlənilməz nəticə ortaya çıxıb.   Sfera.az xəbər v...

Aİ ölkələri Rusiya qazını Azərbaycan qazı ilə əvəz edəcəklər

Rusiya qazından asılı olan Aİ ölkələri onun Azərbaycan qazı ilə əvəzlənməsinə razıdılar.   Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg”...

Bakı metrosunda qatarların hərəkət cədvəli dəyişdiriləcək

Noyabrın 4-də "Bakı Metropoliteni" QSC-də qatarların "Bakmil” stansiyasına hərəkət cədvəli növbəti dəfə dəyişdiriləcək.   Sfera....

Azərbaycanda hava şəraiti KƏSKİN DƏYİŞİR - Bu tarixlərlə bağlı XƏBƏRDARLIQ!

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 3-ü günün ikinci yarısından ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabi...