Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA
Yanvarın 1-i saat 10:30-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin dekabrın 31-də Lənkəran-Astara zonasında intensiv xarakterli yağış yağıb. Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, düşən yağıntının miqdarı Astarada 40 mm, Lənkəranda 18 mm-dək olub. Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan,