Avtomobil idarəetməni itirərək polis şöbəsinə çırpıldı

Avtomobil idarəetməni itirərək polis şöbəsinə çırpıldı
Kateqoriya məlum deyil
T

Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində avtomobil idarəetməni itirərək ərazidə dayanan bir neçə nəqliyyat vasitəsinə çırpılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə report-a qəzadan zərərçəkən sürücü məlumat verib.

 

Həmin şəxs bildirib ki, sürücü idarəetməni itirib və avtomobili zərblə bir neçə maşınla toqquşdurub. Sonra isə avtomobili 33-cü polis bölməsinin divarına çırpıb.

 

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəzanın baş verməsinə ilkin ehtimal sürücünün idarəetməni itirməsidir. Məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR