Bu sosial ödənişlərin də məbləği ARTDI

Bu sosial ödənişlərin də məbləği ARTDI

Bu gündən Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat olur.

 

Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq qanunlarda öz əksini tapıb.

 

“Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarı haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanunlara əsasən, hər iki sosial ödənişin məbləği 270 manatdan 285 manata qaldırılır.

 

2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.

 

Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.


OXŞAR XƏBƏRLƏR

İki çox nadir patologiyası olan körpə: Oxşar hallar dünyada yoxdur

Yeddi aylıq Mariçkaya iki nadir - Rubinşteyn-Taybi və Abernetti sindromu diaqnozu qoyulub ki, bu da çox qeyri-adi birləşmədir. Sfera.az bildirir ki, bu anada...

Yeni il günü göyərtəsində elit turistlərin olduğu yaxta qəzaya uğrayaraq batdı

Turistlərin olduğu dəbdəbəli “Amore Mio” yaxtası Yeni il üçün dənizə ekskursiya zamanı qayalara çırpılaraq batıb. Gəminin La Quebrada (Akapulko, Mek...

Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir

Fransızların 60%-dən çoxu ölkə prezidenti Emmanuel Makronun istefasını dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Fransanın “Le Figaro”...

Sürücülərin NƏZƏRİNƏ: Avtomobil təkəri alarkən… - VİDEO

Hər təkərin təhlükəsiz istifadə oluna biləcəyi maksimal sürət var. Bu, təkərin yan divarında hərflərlə göstərilir. Sfera.az xəbər verir ki, ustalar he...

Ərinin ölümünə görə müğənniyə cinayət işi açıldı

Latviya İstintaq Komitəsi Yanis Timmanın ölümü ilə bağlı cinayət işi açıb.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, basketbolçunun do...

Bu ölkədə bir həftədə 55 zəlzələ oldu

Efiopiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.  ...