Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək
Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb. AVF-nin təşkil etdiyi yarış dekabrın 25-26-da Şahdağ Turizm Mərkəzində baş tutacaq. Çempionatda 4 qadın (“Azərreyl”, “Murov Az Terminal”, “Gəncə”, U-21), 4 kişi (“Azərreyl”, “Murov Az Terminal”, “Gənclər”, U-21) komandası iştirak edəcək. Yarışın ilk günündə oyunlar dairəvi sistem üzrə keçiriləcək. Toplanacaq yekun