Logo

Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşdü

Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddəti bitən Belarusun səfiri Andrey Ravkov ilə görüşüb.

Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Ə.Əsədov Azərbaycan və Belarus arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR