Hesablama Palatası: Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib

Hesablama Palatası: Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib

Hesablama Palatası ı "Bakı Metropoliteni" QSC-də həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

 

Sfera.az bu barədə Palataya istinadən xəbər verir.

 

Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, səhmdar cəmiyyəti dövlət büdcəsindən ayrılan subsidiyadan təyinatı üzrə istifadə etməyib.

 

Belə ki, sərnişindaşıma xidmətlərindən yaranan zərərin qarşılanması üçün nəzərdə tutulmuş subsidiyalar əmək haqqı, icbari sosial ayırmalar və kommunal xərclərə yönəldilib.

 

Bundan əlavə, audit nəticələrinə əsasən, metropolitenin əsas fəaliyyət üzrə gəlirləri xərcləri 13,5 milyon manat üstələsə də, dövlət subsidiyalarının bir hissəsinin investisiya xərclərinə (əsaslı təmir və tikinti) yönəldilməsi maliyyə idarəçiliyində ziddiyyətlərə səbəb olub.

 

Palata müәyyәn olunmuş nöqsanlarla bağlı metroya bir sıra tövsiyyələr verib.


OXŞAR XƏBƏRLƏR

Laçındakı meşə yanğını söndürüldü

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda meşə yanğını başlayıb.   FHN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, hazırda ...

Qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.   Sfera.az xəbər verir ki...

“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi -VİDEO

“Səs Azərbaycan”ın iştirakçısı, gənc müğənni Qəşəm Cəfərov vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayı...

Azərbaycanda unun topdansatış QİYMƏTİ AÇIQLANDI

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron ...

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...