Elm və təhsil naziri Zərdabda vətəndaşları qəbul etdi
Elm və təhsil naziri Zərdabda vətəndaşları qəbul edib. Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib. Bildirilib ki, Yanvarın 31-də elm və təhsil naziri Emin Əmrullayev Zərdab şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay və Kürdəmir sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, həmçinin