Dünya İB Məktəbinin şagirdlərindən beynəlxalq olimpiadada UĞURLU NƏTİCƏ – FOTO/VİDEO

Dünya İB Məktəbinin şagirdlərindən beynəlxalq olimpiadada UĞURLU NƏTİCƏ – FOTO/VİDEO

 

Dünya İB Məktəbinin şagirdləri beynəlxalq FİSO (Future İntelligence Student Olympiad) olimpiadasının ingilis dili kateqoriyasında uğurlu nəticə göstəriblər.



Sfera.az xəbər verir ki, Dünya İB Məktəbinin şagirdləri beynəlxalq olimpiadada ümumilikdə 24 medal qazanıblar.



Onlardan 7 şagird qızıl medal, 10 şagird gümüş medal, 7 şagird isə bürünc medal qazanıb. 



Ən yüksək nəticəni Nigar Balamirzəyevanın sinifinin şagirdləri əldə edib. Belə ki, məktəbin qızıl medal qazanan IV sinif şagirdləri Eyyub Əli və Selcan Mirzəyeva bütün suallara doğru cavab verərək 100%-lik nəticə göstərməyi bacarıblar.



Qeyd edək ki, Xəzər Universitetinin Dünya Məktəbinin layihə və olimpiadalar üzrə koordinatoru Turab Əhmədovdur.

 

25 yanvar 2025-ci il tarixində isə Nizami Kino Mərkəzində FISO Beynəlxalq İngilis Dili Yarışmasının ölkə mərhələsi üzrə qaliblərin mükafatlandırma mərasimi keçirilib. 



Mərasim dövlət himinin səsləndirlməsi ilə başlayıb. Şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükütla yad etdikdən sonra açlış üçün söz GOC direktoru Xəyal İbrahimzadəyə verilib. O, çıxışında FİSO beynəlxalq yarışmasının final mərhələsi və GOC-un gələcək planlarından söhbət açıb.



Açılışdan sonra medalların təqdimetmə mərasimi başlayıb. 



Ardıcıllıqla qızıl, gümüş, bürünc medalçılar səhnəyə dəvət olunub. 

Sonda isə medallarını alan şagirdlərlə kollektiv fotolar çəkilib.



Qeyd edək ki, ölkə mərhələsində 2-ci sinifdən 11-ci sinfə qədər təhsil alan şagirdlər müxtəlif yaş kateqoriyalarında öz bilik bacarıqlarını nümayiş etdiriblər. Seçim turunda medal qazanan şagirdlər Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq finalda ölkəmizi təmsil etmək hüququ əldə ediblər. 



Məlumat üçün bildirək ki, FİSO beynəlxalq yarışmasına hər il 40-dan çox ölkədən 30.000-dən çox şagird iştirak edir. 


















OXŞAR XƏBƏRLƏR

Bu ərazidə işıq olmayacaq

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı &ldquo...

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...