Həcc ziyarəti ilə bağlı QMİ-dən növbəti açıqlama
Həcc ziyarətinə yollanacaq ən gənc azərbaycanlı zəvvarın 13, ən yaşlısının isə 86 yaşı var. Sfera.az xəbər verir ki, bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. O bildirib ki, hər ikisi qadın cinsinin nümayəndəsi olan şəxslərdən biri 1939-cu il, digəri 2012-ci il təvəllüdlüdür. Zəvvar qrupları Məkkəyə nə vaxt yola düşəcəklər? Qeyd edək ki, Azərbaycandan ilk zəvvar qrupu mayın 25-i, ikinci qrup isə 26-ı Məkkəyə yola düşəcəklər. Həcc