Həcc ziyarəti ilə bağlı QMİ-dən növbəti açıqlama


Həcc ziyarəti ilə bağlı QMİ-dən növbəti açıqlama

Həcc ziyarətinə yollanacaq ən gənc azərbaycanlı zəvvarın 13, ən yaşlısının isə 86 yaşı var.

 

Sfera.az xəbər verir ki, bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

 

O bildirib ki, hər ikisi qadın cinsinin nümayəndəsi olan şəxslərdən biri 1939-cu il, digəri 2012-ci il təvəllüdlüdür.

 

Zəvvar qrupları Məkkəyə nə vaxt yola düşəcəklər?

 

Qeyd edək ki, Azərbaycandan ilk zəvvar qrupu mayın 25-i, ikinci qrup isə 26-ı Məkkəyə yola düşəcəklər.

 

Həcc ziyarətinə uşaq aparmaq qadağan edilib?

 

Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, Həcc ziyarətinə uşaq aparmağın qadağan edilməsi ilə bağlı rəsmi bildiriş yoxdur:

 

“Bununla bağlı Səudiyyə Ərəbistanın bəzi xəbər portallarında məlumat yayılıb. Amma çox güman ki, bu, ərəbistanlılara aiddir. Ümumən, biz körpə uşaqları aparmırıq. 12 yaşdan yuxarı uşaqların getməsinə icazə veririk. Kimsə aparmaq istəsə, tövsiyə edirik ki, uşaq orada əziyyət çəkəcək. Məsələn, bu il müraciət edən zəvvarlardan biri uşaqlarını aparmaq istəyirdi, bizdən tövsiyə aldı, biz də bildirdik ki, uşaq üçün təhlükəlidir".


OXŞAR XƏBƏRLƏR

Hollivud ulduzlarının niyə qırmızı xalçada pariklərdən daha çox istifadə edirlər?

57 yaşlı avstraliyalı Oskarlı aktrisa Nikol Kidman Kann Film Festivalında qısa saç düzümü ilə göründükdən sonra çoxları bal rəngli uzun saçları ilə tanınan uldu...

Kokainə qarşı peyvənd icad edilib: Mükəmməl işləyir

Alimlər kokainin beyinə daxil olmasının qarşısını almaq üçün hazırlanmış eksperimental peyvəndi sınaqdan keçiriblər. Dərman asılılığı olan insanlara narkotikdən...

Uçuş bələdçilərinin niyə qırmızı dodaq boyası istifadə edir?

Təyyarəyə mindiyiniz zaman sizi təbəssümlə qarşılayan stüardessaların demək olar ki, hamısının qırmızı dodaq boyası vurduğunu yəqin ki, fərq etmisiniz. Siz hətt...

Saxta hava limanını 242 milyon dollara satan adam KİMDİR?

Bu gün dələduzluq etmək çətin olsa da, 90-cı illər tamam başqa idi. Həmin vaxt Emmanuel Nvude adlı şəxs saxta hava limanı hekayəsi ilə Braziliyanın böyük bankla...

Netanyahudan gözlənilməz çıxış: Atəşkəsə hazırıq!

İsrail girovlarla bağlı razılaşmanın bir hissəsi kimi Qəzza zolağında müvəqqəti atəşkəsi qəbul etməyə hazır olacaq.   Sfera.az xəbər verir ki, bunu İ...

"Qayınanadan ayrı yaşamaq gözəldir" - Sevda Yahyayeva

"Qayınanam evdar xanımdır. Çox gözəl xasiyyəti var. Oğlunu çox sevir və onun xoşbəxtliyinə də sevinir".   Sfera.az xəbər verir ki, bu ...