“Azərlotereya” 2024-cü ildə 92,4 milyon manat vergi ödəyib
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC 2024-cü il üzrə maliyyə hesabatını təqdim edib. Sfera.az xəbər verir ki, 2024-cü ildə “Azərlotereya” ASC-nin satışdan gəlirləri 327,58 milyon manat təşkil edib. Bununla yanaşı, şirkətin xalis mənfəəti 61,8 milyon manat təşkil edib. 2024-cü il ərzində şirkət 14,3 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 30,3 milyon manatdan 44,6 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya”