Roşkanın həbs müddəti uzadıldı

Cəmiyyət
13:22 / 04.06.2025
3550
Polis tərəfindən saxlanılan “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Sfera.az xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Günay Abdinovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, tiktokerin həbs müddəti 2 ay müddətinə uzadılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.