Əli Əsədov Asiya İnkişaf Bankının Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşdü
Baş nazir Əli Əsədov bu gün Asiya İnkişaf Bankının Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb. Sfera.az xəbər verir ki, görüşdə Azərbaycan ilə AİB arasında formalaşmış uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd olunub. Nəqliyyat, enerji, su təchizatı, maliyyə, təhsil, səhiyyə və digər sahələrdə birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, dövlət–özəl tərəfdaşlığı mexanizmi çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı