Qatarların hərəkət intervalı azaldılır

Qatarların hərəkət intervalı azaldılır
Kateqoriya məlum deyil
T

Bakı Metropolitenində yeni tədris ilinin başlanması ilə əlaqədar qatarların hərəkət intervalları azaldılır.

Sfera.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, aparılan texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endiriləcək.

Sentyabrın 15-dən etibarən Qırmızı xəttin "İçərişəhər-Əhmədli" sahəsində pik saatlarda qatarların hərəkət intervalı 2 dəqiqə təşkil edəcək.

Yaşıl xətdə sərnişin sıxlığından asılı olaraq, zərurət yarandığı halda mövcud 3 dəqiqə 30 saniyəlik interval 3 dəqiqəyədək azaldılacaq.

Bənövşəyi xətdə isə payız-qış hərəkət qrafikinə keçidlə əlaqədar "Avtovağzal-8 Noyabr" sahəsində qatarlar 5 dəqiqəlik, "Xocəsən-Avtovağzal" sahəsində isə 10 dəqiqəlik intervalla hərəkət edəcək.

Yeni tədris ili ərzində metropolitenin bütün xətləri üzrə sərnişin axını nəzarətdə saxlanılacaq. Ehtiyac yarandığı halda qatarların hərəkət qrafikində əlavə tənzimləmələr aparılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR