Bakının bu ərazilərində gecə İŞIQ OLMAYACAQ
Bu gecə, avqustun 5-də Bakının Nəsimi rayonunun bir sıra küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, gücləndirmə işləri ilə əlaqədar olaraq avqustun 5-də saat 01:00-dan saat 06:00-dək rayonun Azadlıq prospekti, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Qulu Quliyev, İmran Qasımov, Akademik Mirəsədulla Mirqasımov, Feyzulla Qasımzadə, Abbas Səhhət, Mirəli Qaşqay, Ceyhun Hacıbəyli küçələrinin bəzi