Natiq Həsənova vəzifə verildi

Cəmiyyət
10:06 / 05.08.2025
1695
Hərbi Prokurorluqda yeni kadr təyinatı olub.
Sfera.az xəbər verir ki, Baş prokurorun müvafiq əmri ilə ədliyyə polkovniki Natiq Xansuvar oğlu Həsənov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun yeni yaradılan Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, 2025-ci ilin may ayında Bəhruz Əhmədov Azərbaycanın Hərbi prokuroru təyin ediləndən sonra Hərbi Prokurorluqda islahatlar uğurla davam etdirilir.
Altay