Güclü külək əsir - Dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatdı
Sentyabrın 21-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 91, Şamaxıda 55, Qobustanda 34, Lənkəran və Şəkidə 26, Qəbələdə 24, Şahdağ və İsmayıllıda 23, Daşkəsəndə 19, Qrız, Ağstafa, Qaxda (Sarıbaş) 18, Altıağacda 16, Oğuz və Xaltanda 15, Qusarda (Laza) 14, Xınalıqda 13, Qubada 8, Bakıda və Abşeron yarımadasında, eləcə də