Bu tədbir ölkəyə əlavə investisiya axınını stimullaşdırır - Millət vəkili

Bu tədbir ölkəyə əlavə investisiya axınını stimullaşdırır - Millət vəkili
Kateqoriya məlum deyil
T

"Bakıda keçirilən Formula 1 yarışları ölkəmizin idman və turizm inkişafına müsbət təsir göstərən beynəlxalq tədbirlərdən biri hesab olunur. Bu yarışların ölkəmizdə təşkili, ilk növbədə, turistlərin axınını təmin edir və eyni zamanda dünya mediasının diqqəti bu günlərdə Bakıya yönəlir, şəhər isə qlobal auditoriyaya öz geniş imkanları ilə təqdim olunur".

 

Sfera.az bildirir ki, bunun  millət vəkili Göydəniz Qəhrəmanov bildirib.

 

O, qeyd edib ki, yarış həftəsində Bakıya gələn minlərlə xarici turist hotellərin, restoranların, ictimai iaşə müəssisələrinin, nəqliyyat və xidmət sektorunun gəlirlərini artırır. Statistik göstəricilər sübut edir ki, həmin dövrdə əksər hotellərin doluluq səviyyəsi 90–100 faiz arasında dəyişir.

 

"Bu isə həm mövcud müəssisələrin dövriyyəsini yüksəldir, həm də yeni iş yerlərinin açılmasına təkan verir. Yarışların təşkili zamanı texniki heyətdən tutmuş xidmət sektoruna qədər minlərlə insan məşğulluq əldə edir ki, bu da sosial baxımdan önəmli amildir.

 

Eyni zamanda bu tədbir ölkəyə əlavə investisiya axınını stimullaşdırır. Xarici şirkətlər və sponsorlar Azərbaycanın idman və turizm sahəsinə maraq göstərir, ölkənin reklam potensialı artır. Dünya üzrə yayımlanan televiziya görüntüləri Azərbaycanın müasirliyini, iqtisadi gücünü, təhlükəsizliyini, dərin tarixini nümayiş etdirir və ölkəni turistlər üçün daha cəlbedici edir.

 

Nəticə etibarilə, Formula 1 yarışlarının Bakıda keçirilməsi idman sahəsi ilə yanaşı, turizmin inkişafına və Azərbaycanın bu sahələr üzrə beynəlxalq imicinin daha da güclənməsinə mühüm töhfə verir. Tədbirin bir neçə gün keçirilməsinə baxmayaraq, təbliğatı nəticəsində tədbirdən sonrakı dövrdə on minlərlə turistin ölkəmizə gəlməsinə səbəb olur. Bu tədbir hər il ölkəyə milyonlarla manatlıq gəlir gətirməklə yanaşı, Azərbaycanın regional və qlobal miqyasda mühüm idman və turizm mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR