Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu il 9 nəfər işdən çıxarılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu il işindəki nöqsanlara 9 nəfər vəzifəsindən azad edilib. Sfera.az xəbər verir ki, bunu idarənin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev QHT nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, 2023-cü ildə 78, 2024-cü ildə 249, 2025-ci ilin 11 ayında isə 158 əməkdaşın əməlində qeyri-qanuni hərəkətlər müəyyən edilib. Onlar barəsində müxtəlif növ inzibati tənbeh tədbirləri görülüb, 9 əməkdaş isə tutduğu vəzifədən