Bakı metrosunda problem aradan qaldırılıb -YENİLƏNDİ

Bakı metrosunda problem aradan qaldırılıb -YENİLƏNDİ
Kateqoriya məlum deyil
T

"Nərimanov" elektrik deposu xəttlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.

 

Bu barədə Sfera.az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib.

 

Qeyd olunub ki, baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.

 

"Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik", - QSC-dən bildirilib.

***

"Nərimanov" elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkət intervalında gecikmələr yaşanır.

Bu barədə Sfera.az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Qeyd olunub ki, "Bakmil" stansiyasının fəaliyyəti məhdudlaşıb. "Texniki xidmətlərimiz müvafiq enerji təminatının bərpası üçün operativ şəkildə iş aparır. Vəziyyət tam bərpa edildikdən sonra əlavə məlumat paylaşılacaq", - QSC-dən bildirilib.

PAYLAŞ