Laçının bu iki kəndinin tikintisinə başlanılır

Laçının bu iki kəndinin tikintisinə başlanılır
Kateqoriya məlum deyil
T

2026-cı ildə Laçın rayonunun Şəlvə və Pircahan kəndlərində bərpa-tikinti prosesinin başladılması planlaşdırılır.

 

Sfera.az xəbər verir ki, bunu "MDB-nin mədəniyyət paytaxtı – 2025" ilinin bağlanış mərasimindən sonra Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, artıq Yeni Qorçu qəsəbəsində də söküntü işlərinə başlanılıb:

 

"Ümid edirik ki, növbəti ildən orada da tikinti prosesinə başlanılacaq".

 

Məsim Məmmədov Laçın şəhərində 2023-cü ildə təməli qoyulmuş yeni yaşayış məhəlləsinin də artıq layihələndirmə işlərinin başa çatdığını qeyd edib: "Növbəti ildə yeni yaşayış məhəllələrinin tikintisi planlaşdırılır. Həmçinin Laçın şəhərində yeni obyektlərin istifadəyə verilməsi gözlənilir".

 

Xüsusi nümayəndə Güləbird kəndində bərpa-tikinti işlərinin davam etdiyini qeyd edib.

PAYLAŞ