Uşaqlara belə vədlər verməyin - Psixoloqdan XƏBƏRDARLIQ
Valideyn-övlad münasibətlərinin təməlində güvən dayanır. Uşaq üçün valideyn yalnız qayğı göstərən şəxs deyil, eyni zamanda sözünə inanılan, davranışları ilə dünyanı izah edən əsas nümunədir. Lakin gündəlik həyatda bir çox valideyn övladını sakitləşdirmək və ya nəyəsə razı salmaq üçün “kiçik yalanlara” əl atır. “Yeməyini ye, parka aparacam”, “İndi yat, duranda sənə şokolad verəcəm”, “Qorxma, həkim heç nə etməyəcək” kimi ifadələr vaxt qazanmaq üçün deyilən adi sözlər kimi qəbul olunur. Ancaq uşaq