Minillik ənənə: At ili insanlara nə VƏD EDİR?
Yeni ilin gəlişi ilə birlikdə tez-tez səslənən “At ili”, “Əjdaha ili”, “İlan ili” kimi anlayışlar əslində minilliklərə söykənən Çin təqvim sisteminə əsaslanır. Sfera.az xəbər verir ki, bu sistemin yaşı 4-5 min ildən çoxdur və sadəcə inanclara deyil, astronomik müşahidələrə də söykənir. Araşdırmalara əsasən, Çin zodiakı 12 heyvandan ibarət dövrü sistem üzərində qurulub. Bu heyvanlar Siçan, Öküz, Pələng, Dovşan, Əjdaha, İlan, At, Keçi, Meymun, Xoruz, İt və Donuzdur. Hər il bu ardıcıllıqla dəyişir