Evlilik sayı azalır, demoqrafik göstərici dəyişir - SƏBƏB NƏDİR?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında əhalinin sayı 32109 nəfər artaraq 0,3% artım göstərib. Ümumilikdə 2025-ci il noyabrın 1-i vəziyyətinə əhalinin sayı 10 256 998 nəfərə çatıb. Statistik göstəricilərdən də görünür ki, əvvəlki illərlə müqayisədə əhali artımında azalma müşahidə olunur. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında əhali 37766 nəfər, yəni 0,4% artmışdı, 2023-cü ildə isə artım 53625 nəfər, yəni 0,5% təşkil etmişdi. Nəticə onu