Azərbaycanda qarlı hava nə vaxta kimi davam edəcək? - RƏSMİ MƏLUMAT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Sfera.az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq-Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdə yağıntılar intensiv və güclüdür. O qeyd edib