Azərbaycanda ayların adları dəyişdirilir? - “Çıxçömbəl, oğlaqqıran, vaynənə…”
Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması, inkişafı və saflığının təmin olunması istiqamətində ardıcıl addımlar atır və müxtəlif tədbirlər həyata keçirir. Bu fonda ayların adlarının dəyişdirilməsi yenidən müzakirə obyekti olub. Belə ki, tarixi məlumatlara görə, Azərbaycanda ayların adları əvvəllər fərqli olub. Məsələn, yanvar “ocaq”, fevral “çillə”, mart “bozay”, aprel “çiçək”, may “elat”, iyun “qızmar”, iyul “bürkü”, avqust “qorabişirən”, sentyabr “yığım”, oktyabr