10 ilin mənzərəsi: uşaqlar azalır, yaşlılar çoxalır
2015 və 2025-ci illərin yaş qrupları üzrə demoqrafik göstəricilərinin müqayisəsi Azərbaycanda əhali strukturunda ciddi dəyişikliklərin baş verdiyini ortaya qoyur. Sfera.az xəbər verir ki, statistik məlumatlar ölkədə doğum səviyyəsinin azaldığını, eyni zamanda yaşlı əhalinin payının artdığını göstərir. Məlumatlara əsasən, 0-4 yaş qrupunda ciddi azalma qeydə alınıb. Belə ki, 2015-ci ildə bu yaş qrupunda qadınların sayı 394,5 min, kişilərin sayı isə 456,9 min olduğu halda, 2025-ci ildə müvafiq