Deputat: Okamponun səs yazıları beynəlxalq siyasətdə mənəvi deqradasiyanı göstərir
Luis Moreno Okampo və oğlu Tomasın yayılmış səs yazıları beynəlxalq siyasətdə hökm sürən mənəvi-əxlaqi deqradasiyanın göstəricisidir. Səs yazılarında eşidilən fikir və yanaşmalar, sadəcə, bir-iki şəxsin korrupsiya əməllərini aşkarlamır, bütövlükdə siyasi sistemin korrupsiyaya uğradığını göstərir. Bu fikirləri Sfera.az -a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib. “Bu səs yazısı yalnız bir şəxsə aiddir, amma təsəvvür edin ki, Avropa Parlamenti, AŞPA, ABŞ Konqresi,