Azərbaycanda ən çox bu ölkələrin turistləri qalır – RƏSMİ STATİSTİKA
Ötən il Azərbaycanda ən çox BƏƏ və İsraildən gələn turistlər gecələyib. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyindən Sfera.az -ın sorğusuna verilən cavaba əsasən, 2023-2025-ci illər üzrə statistik göstəricilərə görə ölkəyə gələn turistlərin sayı və gecələmə göstəricilərində ümumi artım tendensiyası müşahidə olunub. Belə ki, 2023-cü ildə 1,402,600 nəfər turist tərəfindən 6,354,026 gecələmə qeydə alındığı halda, 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 1,855,113 nəfər və 8,460,725