Bu yollar 3 GÜN bağlı olacaq – XƏBƏRDARLIQ

Bu yollar 3 GÜN bağlı olacaq – XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Yollarda həftəsonu təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur.

 

Sfera.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

 

Bildirilib ki, təmirlə əlaqədar olaraq ərazilərdə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq:

 

“Səməd Vurğun küçəsi (A.A.Bakıxanov-M.Mirqasımov küçəsi arası), Rəşid Behbudov küçəsi (S.Rəhimov-S.Zeynalov küçəsi arası), Vaqif prospektində (C.Hacıbəyli-S.Vurğun küçəsi arası) 01 may saat 23:00-dan 04 may saat 07:00-dək - hərəkət aparılacaq işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.
 

Xarici Dairəvi yolda (“20 Yanvar” istiqaməti) 01–03 may tarixlərində, hər gün saat 07:00–23:00-dək qismən məhdudiyyət, 01–04 may tarixlərində, hər gecə saat 23:00–07:00 arası tam məhdudiyyət tətbiq ediləcək.


Xarici Dairəvi yolda tam məhdudiyyət tətbiq edildiyi müddətdə hərəkət Salyan şosesi (Bibiheybət məscidi istiqaməti) üzrə təmin ediləcək”, - deyə məlumatda qeyd edilib.
 

PAYLAŞ