Bir sıra avtobusların hərəkət intervalında gecikmələr var – SƏBƏB
Bu gün səhər pik saatlarında paytaxtın Moskva prospektində Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər əsas və kənar yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunduğundan həmin ərazidən keçən 2, 7A, 13, 18, 14, 37, 65, 67, 83, 92, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələr müşahidə olunur. Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Vahid Dispetçer Xidmətinin məlumatına əsasən qeyd