Tələbələrdən rüşvət tələb edən müəllim işdən çıxarıldı
Kateqoriya məlum deyil
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb.
Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq BDU-dan məlumat verilib.
Bildirilib ki, müəllimin əmək müqaviləsinə xitam verilib
Qeyd edək ki, sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb.






