Logo

İyulda bağçalara elektron qaydada qəbul başlayır - RƏSMİ

İyulda bağçalara elektron qaydada qəbul başlayır - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Təhsil Nazirliyi valideynlərə müraciət edib.

Nazirlikdən Sfera.az-a daxil olan müraciətdə deyilir:

"İyulda məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qaydada qəbuluna start veriləcək.

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR