DİN nadir heyvan növlərinin qorunması üçün göstəriş verdi
“İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili işlər orqanlarının diqqət mərkəzindədir. Bununla bağlı xüsusi nəzarət tədbirləri həyata keçirilir”. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Qurum rəsmisinin sözlərinə görə, həmin ərazilərdə nadir heyvan növlərinin – dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə