İsmayıllıda vətəndaşların problemləri dinlənildi - FOTO
Kateqoriya məlum deyil
İsmayıllıda növbəti dəfə vətəndaşlar qəbul edilib, problem və müraciətləri dinlənilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib, onların problem və müraciətləri dinlənilib.
Qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlərdən Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.


















