Logo

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 950-ni ötüb - YENİLƏNDİ

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 950-ni ötüb - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əfqanıstanın Paktika vilayətində baş vermiş 6.1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 950-ni ötüb.

Rəsmilər təbii fəlakət nəticəsində 600 nəfərin yaralandığı bildirilirlər.

Ölənlərin sayının artacağı istisna edilmir.

Zəlzələnin baş verdiyi rayonlarda evlərdə və müxtəlif obyektlərdə ciddi dağıntılar baş verdiyi bildirilir.

***

10:18

Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib.

Sfera.az xəbər verir ki, səhər saatlarına doğru baş verən zəlzələdə 255 nəfərin həyatını itirdiyi öyrənilib.

Bildirilib ki, zəlzələnin episentri Əfqanıstanın şərqindəki Xost vilayətindən 46 kilometr cənub-qərbdə, Pakistanla sərhəddə yerləşib. Yerli vaxtla saat 01:24-də baş verən zəlzələ paytaxt Kabil də daxil olmaqla əhalinin sıx yaşadığı ətraf şəhərlərdə güclü hiss olunub.

Zəlzələ Pakistanın paytaxtı İslamabad və Pişəvər kimi sərhədə yaxın Pakistanın əsas şəhərlərində də hiss olunub. Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi açıqlanıb.(Lent.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR