Sabah 33 marşrut xəttinin hərəkət qrafiki dəyişəcək
26 iyun - Azərbaycanın Silahlı Qüvvələr günü ilə əlaqədar hərbi orkestrlərin Bakı şəhərinin küçə və prospektlərində, 5 marşrut üzrə yürüş keçiriləcək. Bu barədə Sfera.az Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir. Məlumata görə, yürşün hərəkət trayektoriyası ilə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətlə əlaqədar 33 müntəzəm marşrut xətti üzrə (1, 2, 3, 4, 5, 6, 10, 14, 17, 18, 21, 30, 32, 33, 37, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 88, 96, 125, 127, 175, 205, 206,