Logo

Qatillə evlənmək üçün evdən qaçdı: Təhlükəli kişiləri seçən qadınlarla bağlı gizli detallar... 

Qatillə evlənmək üçün evdən qaçdı: Təhlükəli kişiləri seçən qadınlarla bağlı gizli detallar...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən aylarda ABŞ-da 26 yaşlı diş həkimi Rebekka Şortun Arizona həbsxanadakı 35 yaşlı qatil Manual Ovante ilə evlənməsi səs-küyə səbəb olub.

Sfera.az bildirir ki, mütəxəssislər cinayətkarlarla evlənən qadınların ciddi psixoloji problemlərinin olduğunu vurğulayıb.

Qeyd olunub ki, onların əksəriyyəti təhlükəli bir xarakterlə ünsiyyət həyəcanını sevirlər və bu hiss bir müddət sonra qarşısıalınmaz cazibəyə çevrilir. Araşdırmaçılar düşünür ki, bu cür münasibətlərə meylli qadınlar ailələrindən kifayət qədər təcrid olunmuş həyat tərzi keçirirlər:

“Ailəsindən heç vaxt diqqət və sevgi görməyənlər tənhalıqlarını yoldaş olduqları qatillərlə kompensasiya etməyə çalışırlar. Qatilin onlarla maraqlanan yeganə adam olduğunu düşünərək digərlərinə qarşı getdikcə yadlaşırlar. Ən təhlükəlisi odur ki, bir müddət sonra qatil tərəfindən sevildiklərinə inanan qadınlar onun törətdiyi cinayətlərdən də həyəcanlanırlar. Başqa sözlə, bu qadınların özləri potensial təhlükə olurlar və buna görə də onların birlikdə cinayət törətmək ehtimalı daha yüksəkdir”.

Serial qatillərinin əksəriyyətinin sabit bir işlə yanaşı, müvəffəqiyyətli və ağıllı olduğunu söyləyən ailə və cütlük terapevti Tanya Vardar fikirlərini bu cür ifadə edib:

“Serial qatillər öz cinayətlərindən həzz alırlar. Onlar həzz duyğusunu yaxşı bildikləri üçün qarşıdakı insana bu hissi yaşatmağı da bacarırlar. Eyni zamanda, əldə etdikləri şeylərə ehtirasla bağlanırlar. Bu, onları münasibətlərdə “mükəmməl fahişə” kimi göstərir. Onların həyat yoldaşı və sevgilisi olan qadınlar “fərqli” hiss edirlər və cinayətkarın yanında öldürülməmək onlar üçün dəyər simvolu olur”.

Qeyd edək ki, serial qatillərlə bağlı sənədli filmlərin aludəçisi olan Rebekka Şort ailəsinə Disneylendə getdiyini deyib və İngiltərədəki evindən qaçıb. Ardınca o, ABŞ-a gedərək Manualla evlənib. 2017-ci ildə Paula Villiamson adlı qadın da İngiltərənin ən bədnam cinayətkarı ilə evlənmək qərarına gəlib. 2 illik evlilikdən sonra onlar boşanıblar. Fransada yaşayan bir qadın da 2005-ci ildə soyğunçuluq, adam oğurluğu və öldürməkdə təqsirli bilinən Alan Vade ilə evlənmək qərarına gəlib.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR