Həkimdən DƏHŞƏTLİ SƏHV: Xəstənin sağlam gözünü çıxardı, onu kor etdi
Kateqoriya məlum deyil
Slovakiyanın Bratislava Universitet Xəstəxanasının həkimi təsadüfən xəstənin sağlam gözünü çıxarıb.
Sfera.az-ın məlumatına görə, cərrah xəstənin zədələnmiş gözünü götürməli idi, lakin təsadüfən gözləri qarışdırıb, nəticədə xəstəni tamamilə kor edib. Nəzarət orqanları hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmalara başlayıb.
Xəstəxananın nümayəndələri əməliyyatı həyata keçirən mütəxəssisin xəstələrlə işləməkdən uzaqlaşdırıldığını bildiriblər. Xəstəxana qurbana və onun ailəsinə tibbi səhvin nəticələrini aradan qaldırmağa kömək etmək üçün psixoloji dəstək təklif edib.(Lent.az)






